Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanda pələng 6 nəfəri parçaladı 

DÜNYA

655

18.07.2025, 11:50

The Times of India” xəbər verir ki, Uttar Pradeşdəki Pilibhit qoruğundan qaçan  pələnglər iki ayda altı nəfəri parçalayıb.

Oxu24.com  xəbər  verir    ki, yırtıcıların son qurbanı Phulhar kəndindən olan 45 yaşlı fermer Dayarama olub.

Faciəli hadisə yerli sakinlər arasında etirazlara səbəb olub və onlar meşə idarəsini səhlənkarlıqda və insanları yırtıcılardan qorumamaqda ittiham ediblər.

Phulhar kəndi Pilibhit qoruğunun sərhədindən cəmi beş kilometr aralıda yerləşir və yırtıcılar evlərə oradan gəlirlər.

Sonuncu dəfə pələng Phulhardan yeddi kilometr aralıda yerləşən Mewatpur kəndinin sakinini parçalayıb. Kənd sakinləri eyni yırtıcının hər iki şəxsi öldürdüyündən şübhələnirlər. Daha iki kişi və iki qadın pələngin  digər qurbanı olub. Meşə Departamenti hadisələrin baş verdiyi yerin yaxınlığında aşkarlanan 4 pələngin tutulması üçün göstəriş verib, lakin indiyədək yalnız biri tutulub.

Nigar