Qaynar xətt:

(+99450) 247 90 86

“Rusiya 50 gün ərzində razılaşmasa...”

DÜNYA

648

18.07.2025, 09:50

“Moskva 50 gün ərzində atəşkəsə və ya Ukrayna ilə bağlı sazişə razı olmasa, ABŞ-nin rüsum və ikinci dərəcəli sanksiyaları ilə üzləşəcək”.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Prezidentin aydın şəkildə bildirdiyi kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh sazişi əldə edilməzsə, əgər Rusiya atəşkəsi hüquqi olaraq qəbul etməkdən imtina edərsə, çox yüksək tariflər, həmçinin ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq. Və təbii ki, bu, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq”, - o qeyd edib.