Qaynar xətt:

(+99450) 247 90 86

Kiyev vəd etdiyi silahları gözləməli olacaq

DÜNYA

906

15.07.2025, 18:48

NATO müttəfiqlərinin anbarlarından Ukraynaya Amerika silahlarının tədarükü planının həyata keçirilməsi, mövcud gecikmələr nəzərə alınmaqla, onların ehtiyatlarının ABŞ-da yeni istehsal olunan texnika vahidləri hesabına sonradan doldurulması bir neçə il çəkə bilər.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Amerikanın “Politico” qəzeti Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

"Silahların tədarükündə artıq gecikmələr var, ona görə də bu sövdələşmələr ya prioritet olacaq, ya da onlar çatdırılmadan bir neçə il gözləməli olacaqlar", - nəşr yazır.

Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dakı müttəfiqi olan ölkələrdə ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq çatdırılmaların necə həyata keçiriləcəyi barədə hələ də tam anlayış yoxdur.

Miri