Qaynar xətt:

(+99450) 247 90 86

Neft bazarı Trampın ultimatumuna necə reaksiya verdi?

DÜNYA

922

15.07.2025, 17:44

Donald Trampın “sərt bəyanatı” gözləntiləri fonunda yüksələn neftin qiyməti onun çıxışından sonra tez bir zamanda əvvəlki səviyyəsinə qayıdıb.

Oxu24.com   xəbər  verir   ki,  bazar ertəsi Brent 68,5 dollardan 71,5 dollara qalxsa da, Trampın çıxışından sonra 1,6% ucuzlaşıb və çərşənbə axşamı bir barel üçün 68,5 dollara qayıdıb.

“Təcili tədbirlərin görülməməsi və ikinci dərəcəli sanksiyaların reallığına dair şübhələr bazar reaksiyasını izah edir”, - ING-dən Uorren Patterson bildirib.

O vurğulayıb ki, Rusiya neftinin tədarükünün real məhdudlaşdırılması qıtlığa və qiymətlərin artmasına səbəb olacaq - və onları azaltmağa çalışan Tramp çətin ki, belə bir ssenariyə yol versin.

Dövlət Departamentinin keçmiş müşaviri Edvard Fişman da Trampın keçmişdə oxşar təhdidlərdən artıq geri çəkildiyini bildirib: “Boş təhdidlər davranışı dəyişmir”.

Nigar