Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazidə güclü zəlzələ oldu

DÜNYA

951

15.07.2025, 11:17

Kuril adaları sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə “Toçka Otçita” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə iyulun 15-də yerli vaxtla saat 8:37-də baş verib. Zəlzələnin maqnitudası 6 km, dərinliyi 124 km olub.

"Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, zəlzələ 46,2 şimal eni və 151,9 şərq uzunluğu koordinatlarında qeydə alınıb", - nəşr yazır.

Zəlzələnin episentri Simuşir adasından 91 kilometr cənubda yerləşib. Yeraltı təkanların nə qədər güclü hiss olunduğu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son günlər Azərbaycanda da zəlzələlər olub.

Nigar