Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Putin haqda nə düşünür?

DÜNYA

961

15.07.2025, 10:57

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən “məyus olduğunu, lakin bitmədiyini” bildirib.

Oxu24.com   xəbər  verir    ki, bu barədə siyasətçi BBC-yə müsahibəsində bildirib.

"Mən ondan məyus oldum, lakin onunla işim bitmədi", -   deyə  Ağ Evin rəhbəri deyib.

Amerika liderinin sözlərinə görə, ona dörd dəfə elə gəlib ki, Ukraynada nizamlanma ilə bağlı Rusiya ilə müqavilə bağlaya biləcək.

Bir gün əvvəl Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə “50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli rüsumlar” tətbiq ediləcəyini açıqlamışdı.

Eyni zamanda o, Avropadakı müttəfiqlər tərəfindən maliyyələşdirilən 17 Patriot hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsi üçün Ukraynaya təhvil verildiyini açıqlayıb.

Bundan əvvəl ABŞ Trampın ultimatumunun yalnız Rusiyaya kömək edəcəyini bəyan etmişdi.

Miri