Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə güclü zəlzələ oldu 

DÜNYA

1026

14.07.2025, 14:45

İspaniyanın cənub sahillərində güclü zəlzələ baş verib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi, iyulun 14-ü səhər yerli vaxtla 7:13-də (Bakı vaxtı ilə 9:13) qeydə alınıb. Onların maqnitudası 5,2-yə çatıb - seysmoloqlar bunu güclü zəlzələ hesab edirlər.

Hadisənin episentri təxminən 200 min nəfər əhalisi olan Almeriya şəhərindən 55 kilometr cənub-şərqdə olub. Zəlzələnin episentri iki kilometr dərinlikdə yerləşib. Avropa ölkəsində tələfat və dağıntılar barədə məlumat verilmir.

Bundan əvvəl Yaponiya üç həftə ərzində ölkədə 2000-dən çox zəlzələnin baş verdiyini bildirmişdi. Yeraltı təkanların gücü 1-5 bal arasında dəyişib. Seysmoloqlar vurğulayıblar ki, bu il seysmik aktivlik 2024-cü illə müqayisədə xeyli yüksəkdir.

Nigar