Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya kütləvi PUA hücumu:Tədbirlər ləğv edildi 

DÜNYA

1121

14.07.2025, 13:04

Tatarıstanın Yelabuqa şəhərində baş tutmalı olan kütləvi tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən ləğv edilib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə özünün Telegram-kanalında Yelabuğa bələdiyyəsinin sədri Rüstəm Nuriyev məlumat verib.

"Mövcud əməliyyat şəraitinə əsasən, biz kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edirik. Əsas prioritet hər bir Yelabuqa sakininin həyat və sağlamlığının qorunmasıdır", - o qeyd edib.

İyulun 14-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti hava hücumundan müdafiə vasitələrinin gecə ərzində Rusiya regionları üzərində səmada 11 Ukrayna pilotsuz təyyarəsinin tutulduğunu və məhv edildiyini açıqlayıb. İdarənin məlumatına görə, hücum Moskva vaxtı ilə 20:30-dan 7:00-a qədər davam edib.

Bundan əvvəl Nijni Novqorod vilayətində bir neçə pilotsuz təyyarə məhv edilib.

Nigar