Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada azərbaycanlı blogerin qohumları həbs olunub 

DÜNYA

1055

14.07.2025, 13:01

Rusiya mətbuatı yazır  ki, bloger Sübxan Məmmədovun (Subo) qohumları Rusiyada saxlanılıb.

Oxu24.com  xəbər  verir   ki, Mash-ın məlumatına görə, təhlükəsizlik qüvvələri Sübxanın qohumlarının qeydiyyatda olduğu mənzillərdə axtarışlar aparıb.

Onun Samo təxəllüsü ilə tanınan  qardaşı Samir Məmmədov ev dustaqlığına buraxılıb. Sübxanın atasına ölkədən çıxmamaq əmri verilib.

İstintaq hesab edir ki, ailə iki il ərzində fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloqçuluqdan külli miqdarda pul qazanıb.

Nigar