Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski onlayn danışıqların aparılmasını təklif edib

news/2025_05_15/2025_03_28t180710z_61407107_rc2emda2o3tn_rtrmadp_3_ukraine_crisis_zelenskiy_usa_pic_32ratio_900x600_900x600_95655_1747325759.jpg

DÜNYA

288

15.05.2025, 20:15

Ukrayna ilə bağlı danışıqlar hətta onlayn aparıla bilər.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna prezident aparatının YouTube kanalında yayımlanan mətbuat konfransında deyib.

O qeyd edib ki, media var, internet var: “Qarşılaşmaq və bütün prosesləri çətinləşdirməyə ehtiyac yoxdur”.

Mayın 15-də İstanbulda danışıqların başlama vaxtının hələ müəyyən edilmədiyi, sülh prosesinin mayın 16-na, cümə gününə təxirə salınması ehtimalının olduğu bildirilib.

Zelenski deyib ki, İstanbulda danışıqlar bu axşam və ya ertəsi gün baş tuta bilər.

Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə çıxışında Ukrayna ilə İstanbul raundundan sonra 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Daha sonra Rusiya liderinin sözlərinə görə, Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və əvvəllər razılaşdırılmış saziş layihəsi Moskvanın iddia etdiyi kimi, Qərb tərəfdaşlarının təzyiqi ilə rədd edilib.

Mayın 15-də İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Onu xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin müşayiət edir.

Nigar