Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
478
15.05.2025, 09:00
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.
Putin həm də Ukrayna ilə danışıqlar aparmaq üçün ekspertlər qrupunun tərkibini təsdiq edib.
Eskpertlər qrupuna, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini A. Zorin, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Y. Podobreevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru A. Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini V. Şevtsov daxil edilib. /APA
20:20 / 18 Noyabr 2026
1
20:19 / 18 Noyabr 2026
24
20:05 / 18 Noyabr 2026
53
19:56 / 18 Noyabr 2026
88
19:41 / 18 Noyabr 2026
73
19:36 / 18 Noyabr 2026
78
19:36 / 18 Noyabr 2026
79
19:26 / 18 Noyabr 2026
92
19:19 / 18 Noyabr 2026
109
19:15 / 18 Noyabr 2026
91
19:08 / 18 Noyabr 2026
119
18:50 / 18 Noyabr 2026
101
18:45 / 18 Noyabr 2026
117
18:37 / 18 Noyabr 2026
114
18:33 / 18 Noyabr 2026
93
18:22 / 18 Noyabr 2026
108
18:17 / 18 Noyabr 2026
125
18:11 / 18 Noyabr 2026
117
18:05 / 18 Noyabr 2026
105
18:00 / 18 Noyabr 2026
102
17:51 / 18 Noyabr 2026
96
17:49 / 18 Noyabr 2026
101
17:45 / 18 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.