Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
189
14.05.2025, 12:21
Mayın 13-də Kann Film Festivalının açılışında Hollivud aktyoru Robert De Niro ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.
Oxu24.com xəbər verir ki, Fəxri Qızıl Palma budağı alan 81 yaşlı aktyor çıxışından Trampın incəsənətlə bağlı siyasətindən narazılığını ifadə etmək üçün istifadə edib.
De Niro qeyd edib ki, ABŞ prezidenti "incəsənət, humanitar elmlər və təhsilə ayrılan maliyyəni və dəstəyi kəsib".
Üstəlik, o, Trampın ABŞ-dan kənarda istehsal olunan filmlərə 100 faizlik rüsum tətbiq etmək planlarına işarə edib.
Robert De Nirodan sitat:
"Siz yaradıcılığa qiymət qoya bilməzsiniz, amma yəqin ki, vergiyə cəlb edə bilərsiniz."
Həmçinin oxuyun
Aktyor çıxışında tamaşaçıları Trampın siyasətinə qarşı aktiv fəaliyyət göstərməyə çağırıb:
"Biz indi hərəkət etməliyik. Zorakılıq olmadan, lakin böyük ehtiras və qətiyyətlə. "Azadlığa əhəmiyyət verən hər kəsin təşkilatlanma, etiraz etmə və seçkilər olanda təbii ki, səs vermə vaxtıdır."
Mayın 5-də Donald Tramp Amerika kino sənayesini dəstəkləmək üçün xarici filmlərə 100% rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Lakin sonradan o, bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyinə aydınlıq gətirib.
Nigar
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.