Antoine Lavoisier haqqında maraqlı FAKTLAR
18 Noyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
415
12.05.2025, 19:10
Sanksiyaları ləğv etmək üçün Suriya hakimiyyəti ABŞ-a Vaşinqton və Kiyev arasında bağlanmış razılaşmaya bənzər təbii sərvətlərin işlənməsinə çıxış təklif etməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumatlı mənbələrə istinadən yazır.
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şara ilə görüşə bilər, nəşr qeyd edib.
“ABŞ-ın Suriyanın keçmiş prezidenti Əsəd rejiminə qarşı sanksiyalarını ləğv etmək istəyən Suriyanın yeni liderinin bir sıra güzəştlər təklif edəcəyi gözlənilir, o cümlədən ABŞ şirkətlərinə Ukrayna tipli mədən hasilatı sazişi çərçivəsində təbii ehtiyatların işlənməsinə giriş imkanları”, – nəşr yazır.
Məqalə müəllifləri vurğulayıblar ki, Əhməd əl-Şara ABŞ-da hələ də xüsusilə təhlükəli terrorçu hesab olunur və Trampın ən yaxın müşavirlərindən bəziləri görüşün məqsədəuyğunluğuna şübhə edirlər.
Mayın 1-də Ukrayna və ABŞ mineral ehtiyatlara dair saziş imzalayıblar ki, bu da, xüsusilə, hasilat sənayesində ölkələrin birgə layihələri üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Müqaviləyə əsasən, Kiyev yerin təki üzərində nəzarəti özündə saxlayacaq və yataqların işlənməsi üçün yeni lisenziyalardan əldə edilən gəlirlər ölkənin yenidən qurulmasına sərf olunacaq. Daha sonra Ali Rada sənədi ratifikasiya edib.
Bundan əvvəl BMT Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
Nigar
21:40 / 18 Noyabr 2026
32
21:26 / 18 Noyabr 2026
52
21:20 / 18 Noyabr 2026
56
21:09 / 18 Noyabr 2026
61
21:03 / 18 Noyabr 2026
74
20:53 / 18 Noyabr 2026
89
20:50 / 18 Noyabr 2026
75
20:45 / 18 Noyabr 2026
212
20:42 / 18 Noyabr 2026
97
20:40 / 18 Noyabr 2026
89
20:34 / 18 Noyabr 2026
93
20:28 / 18 Noyabr 2026
85
20:19 / 18 Noyabr 2026
553
20:05 / 18 Noyabr 2026
116
19:56 / 18 Noyabr 2026
117
19:41 / 18 Noyabr 2026
104
19:36 / 18 Noyabr 2026
106
19:36 / 18 Noyabr 2026
100
19:26 / 18 Noyabr 2026
114
19:19 / 18 Noyabr 2026
132
19:15 / 18 Noyabr 2026
109
19:08 / 18 Noyabr 2026
138
18:50 / 18 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.