Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
334
08.05.2025, 17:58
Rusiya və Çin qlobal strateji sabitliyə dair birgə bəyanat qəbul ediblər. Orada tərəflər Amerikanın Qızıl Qübbə proqramının sabitliyi dərindən pozduğunu bəyan ediblər.
Oxu24.com xəbər verir ki, sənədə əsasən, layihə ABŞ-ı istənilən raket təhdidlərindən qorumaq üçün “məhdudiyyətsiz, qlobal, dərin qatlı və çoxdomenli raketdən müdafiə sistemi”nin yaradılmasını nəzərdə tutur.
Qızıl Qübbənin yerdən istifadəsi ilə yanaşı, ABŞ kosmosda döyüş əməliyyatlarının aparılması üçün öz arsenalını gücləndirmək niyyətindədir.
“Tərəflər ayrı-ayrı ölkələrin kosmosdan silahlı qarşıdurma məqsədləri üçün istifadə etmək cəhdlərinə qarşıdırlar və hərbi üstünlük əldə etməyə, kosmosun “döyüş məkanı” kimi rəsmi tanınmasına və istifadəsinə yönəlmiş təhlükəsizlik siyasətinə və fəaliyyətlərinə qarşı çıxacaqlar”, - Kremlin saytında yer alan sənəddə deyilir.
Bu baxımdan Rusiya və Çin kosmosda hər hansı hərbi təsirin qarşısını almaq üçün qlobal müqavilə yaratmağı planlaşdırır. Saziş “kosmosda silahlanma yarışını” dayandırmalı və kosmik obyektlərə hücum riskini aradan qaldırmalıdır.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də “Qızıl Qübbə” layihəsinin yaradılması haqqında sərəncam imzalayıb. SpaceX kompleksin ilkin mühəndislik və layihələndirmə işlərinin dəyərini 6-10 milyard dollar arasında qiymətləndirib. CNN-in məlumatına görə, “Qızıl Qübbə” İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sisteminə bənzəyəcək, lakin sonuncu yalnız kiçik icmaları qorumaq üçün nəzərdə tutulub.
Nigar
23:10 / 18 Noyabr 2026
29
22:45 / 18 Noyabr 2026
55
22:40 / 18 Noyabr 2026
58
22:25 / 18 Noyabr 2026
64
22:25 / 18 Noyabr 2026
68
22:15 / 18 Noyabr 2026
63
22:11 / 18 Noyabr 2026
73
21:55 / 18 Noyabr 2026
71
21:53 / 18 Noyabr 2026
192
21:40 / 18 Noyabr 2026
99
21:26 / 18 Noyabr 2026
96
21:20 / 18 Noyabr 2026
100
21:09 / 18 Noyabr 2026
103
21:03 / 18 Noyabr 2026
336
20:53 / 18 Noyabr 2026
130
20:50 / 18 Noyabr 2026
107
20:45 / 18 Noyabr 2026
285
20:42 / 18 Noyabr 2026
146
20:40 / 18 Noyabr 2026
119
20:34 / 18 Noyabr 2026
125
20:28 / 18 Noyabr 2026
116
20:19 / 18 Noyabr 2026
708
20:05 / 18 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.