Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
586
04.04.2025, 19:18
ABŞ-ın tarif siyasəti Avropanın sənayesizləşdirilməsini sürətləndirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Rossiya 24” telekanalının efirində bildirib.
Overçukun sözlərinə görə, bu proses Avropada ucuz enerji mənbələrindən məhrum olduqdan sonra başlayıb.
"Aydındır ki, Avropa rəqabət üstünlüyünü itirir, o, özünü bu rəqabət üstünlüyündən, ucuz enerjidən məhrum edib, sənayesizləşdirmə və investisiyaların Şimali Amerikaya köçürülməsi proseslərinə başlayıb. Gördüklərimiz - müvafiq tariflərin tətbiqi - yalnız bu prosesə təkan verəcək", - baş nazirin müavini bildirib.
Baş nazirin müavini onu da qeyd edib ki, ABŞ-ın dünyanın demək olar ki, bütün ölkələri üçün artan rüsumlar tətbiq etməsi deqloballaşmanın sübutudur.
“Biz uzun müddətdir ki, deqloballaşmanın baş verdiyindən danışırıq və əslində, ticarət maneələrinin qurulması beynəlxalq ticarət sisteminin dağıdılmasının gözümüzün qabağında getdiyini göstərir”, - deyə o əlavə edib.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp bütün idxal mallarına 10%-lik əsas rüsumların tətbiq ediləcəyini açıqlayıb. O, bu qərarını ticarət balansının pozulmasının ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratdığı ilə izah edib.
ABŞ ayrı-ayrı ölkələrə və birliklərə əlavə məhdudiyyətlər tətbiq edəcək. Ağ Ev, qərarın Amerika məhsullarına qarşı "proteksionist tədbirlər" tətbiq edən ölkələrə təsir edəcəyini açıqladı. Siyahıya Böyük Britaniya, Yaponiya, Çin, Ukrayna və Aİ daxil olmaqla 185 ölkə daxildir. Rusiya və Belarus siyahıda yox idi.
Nigar
11:05 / 19 Noyabr 2026
14
11:00 / 19 Noyabr 2026
24
11:00 / 19 Noyabr 2026
27
10:55 / 19 Noyabr 2026
28
10:47 / 19 Noyabr 2026
64
10:32 / 19 Noyabr 2026
252
10:21 / 19 Noyabr 2026
180
10:19 / 19 Noyabr 2026
222
10:11 / 19 Noyabr 2026
80
10:07 / 19 Noyabr 2026
87
09:58 / 19 Noyabr 2026
533
09:56 / 19 Noyabr 2026
98
09:48 / 19 Noyabr 2026
118
09:45 / 19 Noyabr 2026
94
09:41 / 19 Noyabr 2026
99
09:37 / 19 Noyabr 2026
103
09:30 / 19 Noyabr 2026
95
09:27 / 19 Noyabr 2026
106
09:14 / 19 Noyabr 2026
190
09:13 / 19 Noyabr 2026
103
09:12 / 19 Noyabr 2026
98
09:10 / 19 Noyabr 2026
266
00:22 / 19 Noyabr 2026
443
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.