Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
612
30.03.2025, 18:06
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) güclü zəlzələdən sonra Tonqa sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
NOAA zəlzələnin maqnitudasını 7,3, ABŞ Geoloji Xidməti (USGS) və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə 7,1 bal gücündə qiymətləndirib.
Bundan əvvəl USGS məlumat vermişdi ki, zəlzələ saat 12:18-də (Bakı vaxtı ilə 16:18) Tonqa Krallığının Haapai adalarında Panqai şəhərindən 90,5 kilometr cənub-şərqdə baş verib. Şəhərin əhalisi 1,7 min nəfərdir. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə yerləşib.
NOAA-nın məlumatına görə, zəlzələnin episentrindən 300 km radiusda sunami dalğaları mümkündür.
Martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub. Myanmada bir sıra binalara ziyan dəyib, çoxlu sayda insan xəstəxanaya yerləşdirilib. Yeraltı təkanlar İravadi çayı üzərindəki körpünün dağılmasına və tarixi Mandalay Sarayının qismən dağılmasına səbəb olub. Hakimiyyət fövqəladə vəziyyət elan edib.
Banqkokda göydələnlər yellənməyə başlayıb və damdakı hovuzlardan su tökülüb. Həmçinin şəhərin rayonlarından birində tikintisi başa çatmamış hündürmərtəbəli bina uçub.
Bundan əvvəl Yunan adalarını müəmmalı zəlzələlər silsiləsinin narahat etdiyi bildirilmişdi.
Nigar
13:38 / 19 Noyabr 2026
12
13:34 / 19 Noyabr 2026
25
13:28 / 19 Noyabr 2026
36
13:22 / 19 Noyabr 2026
41
13:15 / 19 Noyabr 2026
52
13:09 / 19 Noyabr 2026
81
12:56 / 19 Noyabr 2026
91
12:45 / 19 Noyabr 2026
62
12:41 / 19 Noyabr 2026
92
12:27 / 19 Noyabr 2026
63
12:13 / 19 Noyabr 2026
86
12:07 / 19 Noyabr 2026
91
11:57 / 19 Noyabr 2026
96
11:45 / 19 Noyabr 2026
97
11:30 / 19 Noyabr 2026
125
11:15 / 19 Noyabr 2026
100
11:10 / 19 Noyabr 2026
99
11:05 / 19 Noyabr 2026
108
11:00 / 19 Noyabr 2026
130
11:00 / 19 Noyabr 2026
120
10:55 / 19 Noyabr 2026
111
10:47 / 19 Noyabr 2026
124
10:32 / 19 Noyabr 2026
447
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.