Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
476
30.03.2025, 15:31
Bloomberg mənbəyə istinadən yazır ki, Ukrayna ABŞ-ın təklif etdiyi mineral ehtiyatlar üzrə yeni saziş layihəsinə dəyişikliklər, o cümlədən investisiyaların artırılmasını xahiş edəcək.
Kiyev sövdələşmənin Avropaya inteqrasiyanı çətinləşdirə biləcəyindən ehtiyat edir, çünki hazırkı şərtlərə əsasən, Vaşinqton bütün iri infrastruktur layihələrində iştirak və birgə investisiya fondundan gəlir əldə etmək, habelə Ukraynanın strateji resurslarına çıxış imkanı əldə edəcək ki, bu da Aİ-nin əməkdaşlıqdan kənarda qalmasına gətirib çıxara bilər. Ukrayna həmçinin, sazişin ABŞ-ın müharibə başlayandan bəri göstərdiyi bütün hərbi və iqtisadi dəstəyin ödənilməsini tələb edə biləcəyindən narahatdır.
Bloomberg xəbər verir ki, Ukrayna rəsmiləri martın 28-də amerikalı həmkarları, o cümlədən hüquq ekspertləri ilə saziş layihəsinə aydınlıq gətirmək üçün video zəng edib. Amerika rəsmiləri Kiyevin, xüsusən də sazişin Ukraynanın Aİ-yə üzvlük hədəfləri ilə potensial ziddiyyəti ilə bağlı qaldırdığı narahatlıqlara dərhal etiraz etməyiblər. Bloomberg mənbəsi hesab edir ki, bu, Vaşinqtonun dəyişiklikləri müzakirə etməyə açıq ola biləcəyini göstərir.
Bu ərəfədə bir sıra Ukrayna KİV-lərinin mənbələri bildiriblər ki, hökumət yeni layihəni əvvəllər əldə edilmiş çərçivə razılaşması ilə müqayisədə “geriyə doğru addım” hesab edir. Onların fikrincə, sövdələşmənin hazırkı versiyası bir çox cəhətdən Zelenski tərəfindən artıq rədd edilən ilk versiyanı xatırladır. Xüsusilə, orada hərbi yardıma görə kompensasiya ilə bağlı bənd var ki, ona görə Ukrayna tədarük edilən silahlara görə Vaşinqtona ən azı 100 milyard dollar ödəməlidir və “borc”un ödənilməsində gecikmə halında bu məbləğ 4% artacaq. Sənəddə hələ də heç bir təhlükəsizlik zəmanəti yoxdur.
Tərəflər arasında 2025-ci ilin əvvəlindən müzakirə edilən mineral sövdələşmənin fevralın sonunda imzalanması nəzərdə tutulurdu – bunun Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verəcəyi gözlənilirdi. Lakin jurnalistlərin qarşısında Donald Tramp və ABŞ-ın vitse-prezidenti J.D.Venslə ictimai qınaqdan sonra Zelenski Ağ Evi erkən tərk edib. Martın 19-da Tramp və Zelenski Ağ Evdəki mübahisədən sonra ilk dəfə telefonla şəxsən danışıblar. Martın 24-də Tramp Ukrayna ilə razılaşmaya dair razılığa gəldiyini və bunun “tezliklə” imzalanacağını bildirib.
Martın 27-də Ali Radanın deputatı Yaroslav Jeleznyak, sonra isə Bloomberg və Financial Times müqavilənin ilkin şərtlərini dərc ediblər. Sənəd layihəsində göstərilirdi ki, yeni saziş bütün ölkə ərazisində neft və qazı əhatə edəcək, saziş qeyri-müəyyən müddətə qüvvədə olacaq və ona dəyişikliklər yalnız Amerika tərəfinin razılığı ilə edilə bilər.
Nigar
13:47 / 19 Noyabr 2026
12
13:43 / 19 Noyabr 2026
27
13:38 / 19 Noyabr 2026
40
13:34 / 19 Noyabr 2026
44
13:28 / 19 Noyabr 2026
43
13:22 / 19 Noyabr 2026
48
13:15 / 19 Noyabr 2026
57
13:09 / 19 Noyabr 2026
87
12:56 / 19 Noyabr 2026
93
12:45 / 19 Noyabr 2026
64
12:41 / 19 Noyabr 2026
96
12:27 / 19 Noyabr 2026
65
12:13 / 19 Noyabr 2026
88
12:07 / 19 Noyabr 2026
91
11:57 / 19 Noyabr 2026
97
11:45 / 19 Noyabr 2026
97
11:30 / 19 Noyabr 2026
126
11:15 / 19 Noyabr 2026
102
11:10 / 19 Noyabr 2026
101
11:05 / 19 Noyabr 2026
119
11:00 / 19 Noyabr 2026
141
11:00 / 19 Noyabr 2026
121
10:55 / 19 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.