İnterpolun axtardığı şəxslər tutuldular
19 Noyabr 2026, 21:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
447
04.03.2025, 14:21
Litva, Latviya və Estoniya öz ölkələrinə girişinə qadağa qoyulan Gürcüstan rəsmiləri, hakimləri və polis məmurlarının siyahısına əlavə edilib.
Oxu24.com xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər nazirliklərinin rəhbərləri X sosial şəbəkəsində məlumat veriblər.
Sanksiya siyahısına Litva 74, Estoniya 55, Latviya 16 nəfər əlavə edib.
“Litva 74 gürcü məmurunu Gürcüstanda ciddi insan haqları pozuntuları və repressiyalara görə ölkəyə girişi qadağan edilən şəxslərin siyahısına əlavə edib. Biz gürcü xalqının demokratiya və Avropa gələcəyinə olan istəklərini dəstəkləyirik”, - deyə Litvanın xarici işlər naziri Kestutis Budris bildirib.
“Biz sanksiya siyahısına daha 55 Gürcüstan vətəndaşını əlavə etdik. Buraya hakimlər, prokurorlar, polis məmurları və komissarlar, platforma yaradıcıları və məhkəmə sistemi və hüquq-mühafizə orqanları vasitəsilə etirazçıların təqibində iştirak edən parlament üzvləri daxil idi. Bu şəxslər ya zorakılığa əl atıblar, ya da onları hədələyiblər. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib: “Gürcüstanda etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılığın tətbiqi qəbuledilməzdir, cinayətdir və insan hüquqlarının pozulmasıdır”.
“Mən 16 Gürcüstan vətəndaşını Latviyanın personae non gratae siyahısına əlavə etdim və onlara qeyri-məhdud müddətə ölkəyə girişini qadağan etdim. Bu qərar İmmiqrasiya Qanununun 61(2) bəndinə uyğun olaraq qəbul edilib”, - Latviyanın xarici işlər naziri Baiba Braze deyib:
Litva Xarici İşlər Nazirliyinin saytında bildirilir ki, sanksiya siyahısına Gürcüstan Konstitusiya Məhkəməsinin 7 hakimi, o cümlədən “jurnalist Mzia Amaqlobelinin əleyhinə yalan ifadə verən və onun qanunsuz həbsinə şərait yaradanlar” da daxil olmaqla, digər hakimlər, prokurorlar və polis məmurları daxildir.
Nigar
21:18 / 19 Noyabr 2026
40
21:13 / 19 Noyabr 2026
24
21:05 / 19 Noyabr 2026
56
21:00 / 19 Noyabr 2026
51
20:48 / 19 Noyabr 2026
65
20:42 / 19 Noyabr 2026
61
20:31 / 19 Noyabr 2026
74
20:04 / 19 Noyabr 2026
233
19:55 / 19 Noyabr 2026
70
19:53 / 19 Noyabr 2026
177
19:30 / 19 Noyabr 2026
101
19:10 / 19 Noyabr 2026
933
19:05 / 19 Noyabr 2026
108
18:55 / 19 Noyabr 2026
107
18:50 / 19 Noyabr 2026
145
18:07 / 19 Noyabr 2026
352
17:58 / 19 Noyabr 2026
122
17:50 / 19 Noyabr 2026
107
17:47 / 19 Noyabr 2026
499
17:45 / 19 Noyabr 2026
130
17:41 / 19 Noyabr 2026
114
17:34 / 19 Noyabr 2026
119
17:30 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.