Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
965
21.02.2025, 11:20
Rusiya və ABŞ nümayəndələri Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün bir neçə dəfə İsveçrədə gizli görüş keçiriblər.
Oxu24.com xəbər verir ki,Reuters məsələ ilə tanış olan üç şəxsə istinadən xəbər verir.
Agentliyin mənbələrindən verilən məlumata görə, görüşlər ötən aylar, o cümlədən ötən həftə baş tutub.
Reuters-in həmsöhbətləri danışıqları bir-birini tamamlayan kanal kimi təsvir ediblər, bəzi təmaslar prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra keçid dövründə baş verib.
Agentlik yazır ki, bu danışıqların iştirakçıları diplomatik və təhlükəsizlik təcrübəsinə malik olsalar da, onlar dövlət rəsmiləri deyillər və onların hökumətləri tərəfindən göndərilib-göndərilmədiyi dərhal bəlli deyil.
Mənbələr danışıqları aparanların adlarını çəkməkdən imtina ediblər. Lakin onlar qeyd ediblər ki, ən azı az sayda Tramp müşavirləri görüşlərdən xəbərdardır.
“Bir çox başqa təfərrüatlar, o cümlədən görüşlərin gündəliyi, onların nə vaxt başladığı və ukraynalıların iştirak edib-etməməsi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin görüşlər Trampın sələfi, keçmiş prezident Co Baydenin dövründə rəsmi təmasların demək olar ki, dondurulmasına baxmayaraq, ABŞ və Rusiyanın Ukraynada müharibəyə son qoymaq yollarını tapmaq üçün pərdəarxası səylərini vurğulayır”, - Reuters yazır.
Agentliyin mənbələrindən biri İsveçrədəki danışıqları “track two” müzakirələri, yəni konkret təkliflər hazırlamaqdansa, ünsiyyəti yaxşılaşdırmaq və fikir mübadiləsi aparmaq məqsədi daşıyan qeyri-rəsmi dialoq kimi qiymətləndirib.
İki mənbə, Almaniyanın Münhen Təhlükəsizlik Konfransına ev sahibliyi edərkən keçən həftə Cenevrədə ən azı bir görüşün keçirildiyini bildirib.
Reuters qeyd edir ki, şərh üçün Ağ Evin Milli Təhlükəsizlik Şurası, Ukrayna hökuməti və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin onlar sorğulara cavab verməyiblər.
Nigar
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.