Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
823
31.01.2025, 20:08
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bir gün əvvəl hərbi vertolyotun mülki təyyarə ilə toqquşduğu Vaşinqtonun Ronald Reyqan Beynəlxalq Hava Limanı ərazisində helikopter uçuşlarına məhdudiyyət qoyub.
Oxu24.com xəbər verir ki,bu barədə FAA nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
“Agentlik əksər vertolyotların hava limanı yaxınlığındakı iki vertolyot marşrutunun hissələrinə uçuşunu qadağan edir, yalnız polis və tibbi helikopterlərin uçmasına icazə verir”, - nəşr yazır.
Bildirilir ki, aviasiya xidməti 1 və 4 nömrəli marşrutlarda hərəkəti bağlayıb. Ehtimal olunur ki, qəzaya uğrayan helikopter onlardan biri ilə hərəkət edirmiş.
Bundan əvvəl NBC News xəbər vermişdi ki, faciədən bir gün əvvəl hərbi helikopterlər daha bir reysin enməsinə mane olsalar da, toqquşmanın qarşısı alınıb.
Yanvarın 30-da American Airlines-a məxsus Bombardier CRJ700 sərnişin təyyarəsi Black Hawk hərbi helikopteri ilə toqquşub və Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanı yaxınlığında Potomak çayına düşüb.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə Kanzas ştatının Viçita şəhərindən uçurdu və Vaşinqton hava limanına enməyə hazırlaşırdı. CNN-in məlumatına görə, American Airlines təyyarəsi ilə toqquşan Black Hawk helikopteri təlim missiyasında idi və ABŞ ordusuna aid idi.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 1994-cü ildə Rusiya milli komandasının tərkibində fiqurlu konkisürmə üzrə cütlük üzrə dünya çempionu olmuş fiqurlu konkisürənlər Evgeniya Şişkova və Vadim Naumov olub.
ABŞ prezidenti Donald Tramp təyyarə qəzasında sağ qalanların olmadığını bildirib.
Nigar
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.