Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
780
31.01.2025, 19:27
Suriyanın yeni hakimiyyət orqanları keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən biri hesab olunur və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”.
Bu barədə Latakiya vilayətinin İctimai Təhlükəsizlik Müdirliyi polkovnik-leytenantı Mustafa Knefati məlumat verib.
Nəcib Latakiyada həbs edilib. Məqalədə qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik departamentinin rəhbəri postunu tutub.
Ötən ilin noyabrında silahlı suriyalı müxalif qruplar Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçib. Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal etdilər və Dəməşqə yaxınlaşdılar.
Dekabrda müxalif qruplar Dəməşqi ələ keçirdilər. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” elan edib.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsindən getməyə qərar verdiyini və Suriyanı tərk etdiyini, “hakimiyyətin sülh yolu ilə ötürülməsinə dair göstərişlər verdiyini” bildirdi. Sonradan məlum olub ki, Suriyanın keçmiş prezidenti ailə üzvləri ilə birlikdə Moskvaya gəlib.
Nigar
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.