Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
354
28.01.2025, 19:43
Almaniya kansleri Olaf Şolz Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, Avropa müdafiə xərclərini artırmalı və NATO-nun Avropa sütununu gücləndirməlidir.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz razıyıq ki, NATO-nun Avropa sütununu gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq.",-deyə o bildirib.
Şolz əlavə edib ki, Avropa İttifaqının fevralın 3-də keçiriləcək sammitində liderlər daha güclü Avropa müdafiə sənayesinin yaradılmasını müzakirə etməlidirlər.
"Bizə Aİ-də hərbi texnikanın birgə hazırlanması və alınmasını asanlaşdıracaq qaydalar lazımdır", - Almaniya kansleri qeyd edib.
O, həmçinin Baltik dənizində sualtı kabellərin, o cümlədən İsveç və Latviya arasındakı kabelin zədələnməsinə münasibət bildirib. Scholz-un fikrincə, "bu, Rusiyanın kölgə donanmasının yaratdığı təhlükəni nümayiş etdirir".
“Şimali Atlantika Alyansının Baltikyanı keşikçi missiyası sayəsində biz Baltik dənizinin və dənizin dibindəki kritik infrastrukturun mühafizəsini yaxşılaşdıracağıq”, - Almaniya hökumətinin başçısı yekunlaşdırıb.
Yanvarın 9-da Şolz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq tələbinə qarşı çıxıb.
Nigar
10:49 / 20 Noyabr 2026
1
10:40 / 20 Noyabr 2026
27
10:20 / 20 Noyabr 2026
63
10:20 / 20 Noyabr 2026
55
10:16 / 20 Noyabr 2026
70
10:10 / 20 Noyabr 2026
98
10:10 / 20 Noyabr 2026
61
10:03 / 20 Noyabr 2026
234
10:00 / 20 Noyabr 2026
120
10:00 / 20 Noyabr 2026
95
09:51 / 20 Noyabr 2026
77
09:46 / 20 Noyabr 2026
79
09:41 / 20 Noyabr 2026
82
09:34 / 20 Noyabr 2026
103
09:31 / 20 Noyabr 2026
608
09:26 / 20 Noyabr 2026
79
09:14 / 20 Noyabr 2026
90
09:01 / 20 Noyabr 2026
68
08:37 / 20 Noyabr 2026
65
23:55 / 19 Noyabr 2026
183
23:26 / 19 Noyabr 2026
223
23:22 / 19 Noyabr 2026
217
23:15 / 19 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.