Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyandan Azərbaycana MÜHARİBƏ ELANI -

Paşinyandan Azərbaycana MÜHARİBƏ ELANI -

DÜNYA

4178

30.04.2018, 17:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi xalq hərəkatı qalib gəlir.
Oxu24.com xəbər verir ki, etirazçılar artıq küçələrdən çəkiliblər və hər kəs sabah – mayın 1-də keçiriləcək baş nazir seçkilərinə hazırlaşır. Ermənistanın yeni konstitusiyasına görə, ölkəyə rəhbərlik edəcək baş naziri parlament seçməlidir. Parlamentdə baş nazir seçilən Serj Sarkisyan etirazlar nəticəsində istefa verməyə məcbur oldu.
Hazırda baş nazirliyə əsas namizəd Paşinyandır. Onu özünün təmsil olunduğu “Elk”, həmçinin, “Daşnaksutyun” və “Sarukyan” fraksiyaları dəstəkləyir. Lakin Paşinyanın qələbəsi üçün 105 deputatdan 53-nün ona səs verməsi lazımdır. Üç fraksiya onu dəstəkləsə də, qələbə üçün Sarkisyanın Respublika Partiyasından da ən azı 6 deputatın Paşinyana səs verməsi lazımdır. Bu, mümkün olacaqmı? Hələlik heç nə aydın deyil. Bu arada, Paşinyan Moskvanın narahat olduğu məsələyə aydınlıq gətirdi. O, “Avrasiya İqtisadi İttifaqı ilə heç bir problem yoxdur. Biz Emənistanın ittifaqdan çıxışı üzrə məsələni qoymağa hazırlaşmırıq” deyə bildirdi. Hesab etmək olar ki, bu açıqlama Paşinyanın baş nazirlik yolunu açacaq. Amma doğrudanmı Qərbdəki erməni diasporunun dəstəyi ilə Sarkisyanı devirən Paşinyan Rusiyaya münasibətdə səmimidir? Proseslərin ümumi analizi onun siyasi gediş etdiyinin daha inandırıcı olduğunu deməyə əsas verir. Çünki Moskvanın dəstəyi olmadan Ermənistanda iqtidarı ələ almaq çətindir. Paşinyan başlatdığı hərəkatın nəticəsiz başa çatmasındansa, indiki halda Rusiya ilə razılaşıb hakimiyyətə gəlməyi, öz siyasi planlarını sonrakı mərhələdə həyata keçirməyi düşünür. Mayın 1-də baş verənlərə aydınlıq gələcək. Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi isə xüsusi diqqət çəkdi. O bildirdi ki, “Azərbaycanı Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etmək” lazımdır. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artırmaqdır. Bu, Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur. Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdirdə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”. Bu, faktiki müharibə çağırışıdır və hətta Sarkisyan belə buna cəsarət etmirdi. İlk baxışdan, bu açıqlamanı Paşinyanın seçkiyə hesablanmış fikri olaraq qiymətləndirmək olar. Rusiyalı politoloq Aleksey Martınov isə hesab edir ki, Paşinyan baş nazir seçilsə, ölkə daxilində dəstəyi almaq üçün Qarabağ məsələsində daha sərt mövqe nümayiş etdirəcək. Onun fikrincə, vəziyyət nəzarətdən çıxacaqsa, Qarabağda müharibə qaçılmaz olacaq.

Digər xəbərlər

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

16

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

40

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

45

0
medialiteracy-media-gov
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

64

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

47

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

46

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

61

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

103

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

63

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

66

0
Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

17:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

67

0