İstanbula soyuq hava gəlir: Temperatur 8 dərəcə aşağı düşür
23 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
268
28.08.2024, 22:17
Böyük Britaniya Ukraynanın “Storm Shadow” raketlərinin Rusiya ərazisinin dərinliklərinə buraxılmasına icazə verilməsi tələbini dəstəkləməyəcək, çünki bu, ABŞ-ı hərbi münaqişəyə sürükləyə bilər.
Oxu24.com xəbər verir ki,bu barədə “The Telegraph” məlumat yayıb.
Britaniya hərbi dairələrində yüksək vəzifəli bir məmurun qəzetə verdiyi məlumata görə, Vaşinqton Londondan daha çox eskalasiyadan qorxur, çünki belə siyasətin nəticələri ilə məhz ABŞ məşğul olacaq. Həmsöhbət qeyd edib ki, “kiçik Britaniya Rusiya ilə döyüşə bilməz”.
“The Telegraph”ın qeyd etdiyi kimi, “Storm Shadow” raketləri Amerikanın məxfi sistemləri ilə birlikdə istifadə olunur, onlardan istifadə üçün ABŞ-dan icazə tələb olunur.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, uzaqmənzilli raketlərin istifadəsi ilə bağlı yeni qərarlar qəbul edilməyib və London Kiyevi dəstəkləmək üçün bütün öhdəliklərini yerinə yetirir.
O, Zelenskiyə dəfələrlə Britaniyanın “nə qədər lazımdırsa” Ukraynanın yanında olacağını dediyini vurğulayıb. Böyük Britaniyanın baş naziri silahdan istifadənin taktiki məsələlərini şərh etməkdən imtina edərək, “anlaşılması lazım olan” səbəbləri əsas gətirib.
Bundan əvvəl Qərb Ukraynanın münaqişədə məğlubiyyətinin şərtlərini açıqlayıb.
Miri
23:50 / 23 Noyabr 2026
100
23:32 / 23 Noyabr 2026
67
23:29 / 23 Noyabr 2026
68
23:24 / 23 Noyabr 2026
75
23:19 / 23 Noyabr 2026
77
22:54 / 23 Noyabr 2026
90
22:39 / 23 Noyabr 2026
153
22:37 / 23 Noyabr 2026
107
22:30 / 23 Noyabr 2026
97
22:25 / 23 Noyabr 2026
136
22:14 / 23 Noyabr 2026
150
21:55 / 23 Noyabr 2026
103
21:51 / 23 Noyabr 2026
506
21:44 / 23 Noyabr 2026
135
21:35 / 23 Noyabr 2026
125
21:27 / 23 Noyabr 2026
153
20:55 / 23 Noyabr 2026
1916
20:46 / 23 Noyabr 2026
116
20:37 / 23 Noyabr 2026
146
20:21 / 23 Noyabr 2026
140
20:16 / 23 Noyabr 2026
209
20:09 / 23 Noyabr 2026
160
19:53 / 23 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.