Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu Qəzza zolağında öz əsgərlərinə atəş açıb

İsrail ordusu Qəzza zolağında öz əsgərlərinə atəş açıb

DÜNYA

305

19.08.2024, 21:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusunun Qəzza zolağına hava hücumu zamanı öz əsgərlərini vurması nəticəsində 1 əsgər ölüb, 6 əsgər yaralanıb.
 

Oxu24.com xəbər verir  ki,Ordudan verilən açıqlamada səhər saatlarında Qəzza zolağının cənubunda həyata keçirilən uğursuz hava hücumunda 1 əsgərin öldüyü, 6 əsgərin isə yaralandığı bildirilib.

Açıqlamada, ilkin araşdırmalara görə, yerli vaxtla saat 06.30 radələrində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarələrinin Xan Yunus bölgəsində müxtəlif hədəfləri vurduğu, raketlərdən birinin isə çoxmərtəbəli binaya düşdüyü bildirilib.

Açıqlamada əsgərlərin yerləşdiyi binanın hədəf alınan nöqtədən təqribən 300 metr aralıda olduğu, raketin binanın yuxarı mərtəbələrindəki mənzillərdən birinə dəydiyi, binanın bir hissəsinin üzərinə çökdüyü bildirilib. 

 

Nigar