Qaynar xətt:

(+99450) 247 90 86

Kursk vilayətində bir qrup ukraynalı diversant əsir götürülüb

Kursk vilayətində bir qrup ukraynalı diversant əsir götürülüb

DÜNYA

261

19.08.2024, 14:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kursk vilayətində Qara Dəniz Donanmasının 810-cu briqadasının dəniz piyadaları Ukrayna diversantlarının böyük bir qrupunu əsir götürüblər.

 

Oxu24.com bu barədə Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.

 

Məlumatda qeyd olunur ki, Olqovka ərazisində 19 Ukrayna hərbçisindən ibarət təxribat-kəşfiyyat qrupu əsir götürülüb. Hələlik başqa təfərrüatlar verilmir.

 

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması avqustun 6-da başlayıb və döyüşlər davam edir.

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması Rusiya Silahlı Qüvvələrinin DXR, LPR və Novorossiya ərazilərinə hücumunu dayandırmaq cəhdidir. Dövlət başçısı sərhəd bölgəsinə hücumlarına görə Ukraynaya layiqli cavab verəcəyini vəd edib.

 

Miri