Qaynar xətt:

(+99450) 247 90 86

Bolqarıstan və ABŞ arasında hərbi təlimlər başladı

Bolqarıstan və ABŞ arasında hərbi təlimlər başladı

DÜNYA

276

17.08.2024, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bolqarıstanın Krumovo aviabazasında Bolqarıstan və Amerika aviasiya bölmələrinin “Trakiya yayı - 2024” illik birgə təlimi başlayıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə Respublika Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.

 

Birgə təlim avqustun 29-dək davam edəcək. Onlara Müdafiə Nazirliyinin və onun tabeliyində olan strukturların qüvvələri, Bolqarıstan Hərbi Hava Qüvvələri, ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığının qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı birləşmələri daxildir.

 

Təlimlər zamanı Bolqarıstanın Spartalı təyyarələrinin və Amerikanın C-130 Hercules hərbi-nəqliyyat təyyarələrinin gecə-gündüz uçuşları həyata keçiriləcək.

 

Miri