Qaynar xətt:

(+99450) 247 90 86

UkraynaRusiyanın nüvə obyektlərinə hücuma hazırlaşır

UkraynaRusiyanın nüvə obyektlərinə hücuma hazırlaşır

DÜNYA

268

17.08.2024, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Kursk Atom Elektrik Stansiyasına (AES) hücum üçün hazırlıqlara başlayıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin dərc etdiyi şərhdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Daxil olan məlumatlara görə, Kiyev rejimi Kursk AES-ə hücum hazırlamağa başlayıb", - diplomat qeyd edib.

Zaxarova Birləşmiş Millətlər Təşkilatını (BMT) və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Kiyevin Rusiya Federasiyası ərazisindəki nüvə obyektlərinə qarşı hazırladığı təxribatları pisləməyə çağırıb. O, xəbərdarlıq edib ki, Kiyevin cinayət planlarının həyata keçirilməsi Avropada genişmiqyaslı texnogen fəlakətə səbəb ola bilər.

"Bütün beynəlxalq ictimaiyyət neonasist Kiyev rejiminin Avropa qitəsi üçün yaratdığı təhlükəni başa düşməlidir", - Zaxarova vurğulayıb.

O, Ukrayna tərəfindən terror cəhdlərini dayandırmaq üçün birgə səylərə çağırıb.

 

Miri