Qaynar xətt:

(+99450) 247 90 86

“Barışığın mümkün qədər tez olmasını istəyirik”

“Barışığın mümkün qədər tez olmasını istəyirik”

DÜNYA

291

12.07.2024, 12:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

Oxu24.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitinin yekunlarına dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Ankara İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına və sülhün bərqərar olmasına çalışır: “Biz bu barışığın mümkün qədər tez olmasını istəyirik. Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımlar müşahidə edirik”.