Rusiyada general HƏBS EDİLDİ
26 Noyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
284
20.05.2024, 10:45
İran prezidenti İbrahim Rəisi 19 may 2024-cü ildə helikopterinin yerə sərt enməsi nəticəsində həlak olub. Təyyarənin bütün sərnişinləri və heyət üzvləri dünyasını dəyişib. Qəzada ölən İran prezidenti kimdir?
AZXEBER.COM xəbər verir ki, İbrahim Rəisi 14 dekabr 1960-cı ildə Məşhəddə (şiələrin müqəddəs şəhəri; İranın şimal-şərqində) dini ailədə anadan olub. Məhəmməd peyğəmbərin nəslinə mənsub olduğunu ifadə edən fəxri seyyid tituluna sahib idi.
1975-ci ildə Qum şəhərindəki seminariyaya daxil olub. Bundan sonra Tehranda hüquq elmləri üzrə dərəcəsi alıb. Tələbəlik illərində monarxiyanın devrilməsi ideyalarını dəstəkləyib və 1978-1979-cu illərdə İslam İnqilabında iştirak edib.
1982-1984-cü illərdə ölkənin şimal-qərbindəki Həmədan şəhərinin prokuroru olub. 1985-ci ildə Tehran şəhərinin prokurorunun müavini təyin edilib. 1988-ci ildə İran İnqilab İnstitutunun ali rəhbəri Ruholla Xomeyni Rəisinin qərarı ilə Kermanşa, Semnan, Lurestan əyalətlərində dini-hüquqi məsələlərin həlli üzrə xüsusi səlahiyyətlər verilib.
1989-cu ildə Tehran prokuroru oldu və 1994-cü ilə qədər bu vəzifədə işlədi. 2004-2014-cü illərdə Rəisi Ali Məhkəmə sədrinin müavini vəzifəsində çalışıb. 2016-cı ildə ölkənin ən böyük müsəlman dini fondunun rəhbəri vəzifəsini tutub. Rəisi 2019-cu ildə ölkənin Ali Məhkəməsinə rəhbərlik edib. Məhkəmə sisteminin rəhbəri vəzifəsində korrupsiyaya qarşı genişmiqyaslı kampaniya həyata keçirib və qadınları məişət zorakılığından qorumaq üçün qanun layihələrinin hazırlanmasına təşəbbüs göstərib.
İbrahim Rəisi ilk dəfə 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin ikinci müddətə yenidən seçilən Həsən Ruhaniyə (38% qarşı 57% Ruhani) məğlub oldu. 18 iyun 2021-ci il seçkilərində 60%-dən çox səs toplayaraq qalib gəldi. O həmin ilin avqustun 5-də vəzifəsinə başlayıb.
İbrahim Rəisi evli idi. Onun həyat yoldaşı Camilah Alamolhoda fəlsəfə elmləri doktoru, yazıçıdır. Onların iki qızı var. İbrahim Rəisi 2021-ci ildə ABŞ-ın \"Time\" jurnalının versiyasına görə dünyanın ən nüfuzlu 100 nəfərinin siyahısına daxil olub.
14:11 / 26 Noyabr 2026
1
13:55 / 26 Noyabr 2026
69
13:54 / 26 Noyabr 2026
55
13:32 / 26 Noyabr 2026
87
13:29 / 26 Noyabr 2026
83
13:15 / 26 Noyabr 2026
142
13:05 / 26 Noyabr 2026
255
13:02 / 26 Noyabr 2026
423
12:56 / 26 Noyabr 2026
107
12:53 / 26 Noyabr 2026
114
12:49 / 26 Noyabr 2026
100
12:44 / 26 Noyabr 2026
105
12:20 / 26 Noyabr 2026
652
12:12 / 26 Noyabr 2026
122
12:09 / 26 Noyabr 2026
103
12:04 / 26 Noyabr 2026
122
12:00 / 26 Noyabr 2026
123
11:30 / 26 Noyabr 2026
298
11:28 / 26 Noyabr 2026
140
11:09 / 26 Noyabr 2026
144
10:47 / 26 Noyabr 2026
141
10:44 / 26 Noyabr 2026
150
10:34 / 26 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.