ABŞ-də güclü fırtına - Bir milyona yaxın insan işıqsız qaldı
27 Noyabr 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
232
02.04.2024, 16:55
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu York məhkəməsinin dələduzluq işi üzrə çıxardığı qərardan apelyasiya şikayəti vermək hüququ qazanmaq üçün 175 milyon dollar girov qoyub.
OXU24.COM xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, girov Tramp tərəfindən Kaliforniyada yerləşən "Knight Specialty” sığorta şirkəti vasitəsilə qoyulub.
Bu ilin fevralında Nyu York məhkəməsi Donald Trampı Tramp Təşkilatının maliyyə məlumatlarını saxtalaşdırmaqda təqsirli bilib. Məhkəmə, Trampın daha sərfəli kredit şərtləri əldə etmək üçün şirkətinin fəaliyyətini on il ərzində şişirtdiyi qənaətinə gəlib. Eyni zamanda məhkəmə 354,9 milyon dollar məbləğində cərimə kəsib, sonradan onun məbləği 454 milyon dollara çatdırılıb.
Trampın vəkilləri məhkəmənin bu qərarından apelyasiya şikayəti verərək bildiriblər ki, hazırda yenidən ABŞ prezidentliyinə namizəd olan Ağ Evin keçmiş rəhbəri bu qədər böyük məbləğdə girov ödəyə bilməyəcək. Bununla bağlı ABŞ mediası eks-prezidentin mümkün müflisləşməsi və daha sonra cəriməni ödəmək üçün onun əmlakının müsadirə edilməsi məsələsini aktiv şəkildə müzakirə edib.
Buna baxmayaraq, keçən həftə məhkəmə girov məbləğini 175 milyon dollara endirib. Məhkəmə pulun ödənilməsi üçün 10 gün vaxt verib. Tramp girovu vaxtında ödəməyi bacarıb və indi dələduzluq işi apelyasiya instansiyasında baxılacaq. Aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılsa, keçmiş prezident bütün cəriməni ödəməli olacaq.
23:05 / 27 Noyabr 2026
10
22:56 / 27 Noyabr 2026
30
22:48 / 27 Noyabr 2026
67
22:35 / 27 Noyabr 2026
66
22:22 / 27 Noyabr 2026
108
22:16 / 27 Noyabr 2026
82
22:09 / 27 Noyabr 2026
90
22:08 / 27 Noyabr 2026
118
22:06 / 27 Noyabr 2026
88
22:00 / 27 Noyabr 2026
137
21:59 / 27 Noyabr 2026
153
21:44 / 27 Noyabr 2026
359
21:43 / 27 Noyabr 2026
91
21:36 / 27 Noyabr 2026
99
21:23 / 27 Noyabr 2026
133
21:11 / 27 Noyabr 2026
120
20:55 / 27 Noyabr 2026
130
20:46 / 27 Noyabr 2026
133
20:39 / 27 Noyabr 2026
490
20:35 / 27 Noyabr 2026
130
20:28 / 27 Noyabr 2026
119
20:10 / 27 Noyabr 2026
900
20:08 / 27 Noyabr 2026
248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.