“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
28 Noyabr 2026, 02:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
374
29.02.2024, 17:19
"Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar".
OXU24.COM xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat əlavə edib ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edir:
"Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9, Qırğızıstandan - 3,4, Bəhreyndən - 2,7, Səudiyyə Ərəbistanından - 2,7, Hindistandan - 2,5, Omandan - 2,4, Özbəkistandan - 2,4, Tacikistandan - 2,3, Qazaxıstandan - 2,3, Filippindən - 1,8, İtaliyadan - 1,7, İspaniyadan - 1,7, Türkmənistandan - 1,7, Küveytdən - 1,6, Cənubi Koreyadan - 1,6, İordaniyadan - 1,6 dəfə artıb.
Digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da, o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir".
09:37 / 28 Noyabr 2026
1
09:26 / 28 Noyabr 2026
47
09:24 / 28 Noyabr 2026
46
02:18 / 28 Noyabr 2026
204
01:49 / 28 Noyabr 2026
203
01:11 / 28 Noyabr 2026
194
23:59 / 27 Noyabr 2026
231
23:54 / 27 Noyabr 2026
214
23:40 / 27 Noyabr 2026
232
23:40 / 27 Noyabr 2026
214
23:35 / 27 Noyabr 2026
212
23:32 / 27 Noyabr 2026
693
23:28 / 27 Noyabr 2026
209
23:27 / 27 Noyabr 2026
208
23:26 / 27 Noyabr 2026
211
23:05 / 27 Noyabr 2026
213
22:56 / 27 Noyabr 2026
211
22:48 / 27 Noyabr 2026
232
22:35 / 27 Noyabr 2026
210
22:22 / 27 Noyabr 2026
244
22:16 / 27 Noyabr 2026
212
22:09 / 27 Noyabr 2026
211
22:08 / 27 Noyabr 2026
248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.