“Avatar”ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
28 Noyabr 2026, 02:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
331
21.02.2024, 20:32
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın Qəzza zolağında atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymasını “əsrin diplomatik fəlakəti” adlandırıb.
Oxu24.com xəbər verir ki, Nazir fikirlərini X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsinə təkrar veto qoyması “əsrin diplomatik fəlakəti” adlandırılmalıdır”, - deyə nazir bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, belə bir addım Qəzza zolağında “davam edən soyqırıma görə Ağ Evin məsuliyyətini açıq şəkildə yaradır”.
O vurğulayıb ki, bu baxımdan dünya Vaşinqtonun siyasətinə görə ABŞ-dan cavabdehlik daşımalıdır.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yenidən əngəlləyə bilər.
Daimi nümayəndənin müavini xatırladıb ki, Birləşmiş Ştatlar bu sənəddən razı deyil və “onlar veto hüququndan istifadə edəcəklərini artıq açıq şəkildə bəyan ediblər”.
Bu barədə daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild danışıb.
O qeyd edib ki, Birləşmiş Ştatlar qətnamə layihəsini bloklayarsa, bu, Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin ötən ilin oktyabrında kəskinləşməyə başlamasından bəri Amerikanın dördüncü vetosu olacaq.
Bundan əvvəl İsrail Qəzza zolağının gələcəyi ilə bağlı ABŞ-ın ideyasını rədd etmişdi.
Nigar
12:12 / 28 Noyabr 2026
1
12:05 / 28 Noyabr 2026
45
11:50 / 28 Noyabr 2026
71
11:21 / 28 Noyabr 2026
107
11:13 / 28 Noyabr 2026
95
10:46 / 28 Noyabr 2026
162
10:39 / 28 Noyabr 2026
264
10:29 / 28 Noyabr 2026
109
10:25 / 28 Noyabr 2026
248
10:18 / 28 Noyabr 2026
112
10:10 / 28 Noyabr 2026
112
09:37 / 28 Noyabr 2026
399
09:26 / 28 Noyabr 2026
130
09:24 / 28 Noyabr 2026
122
02:18 / 28 Noyabr 2026
239
01:49 / 28 Noyabr 2026
240
01:11 / 28 Noyabr 2026
230
23:59 / 27 Noyabr 2026
250
23:54 / 27 Noyabr 2026
241
23:40 / 27 Noyabr 2026
254
23:40 / 27 Noyabr 2026
240
23:35 / 27 Noyabr 2026
237
23:32 / 27 Noyabr 2026
773
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.