Krım körpüsü yerlə-yeksan ediləcək - Zelenski əmr verdi
28 Noyabr 2026, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
368
28.01.2024, 21:04
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran donanması (Dəniz Qüvvələri) Fars körfəzində 2 milyon litr qaçaqmalçılıq yolu ilə dizel yanacağı olan tankeri ələ keçirib.
Oxu24.com Tasnim agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu generalı Heydər Henariyan Meqrad bildirib.
Materialda qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəminin Okeaniyadakı ölkələrdən birinin bayrağı altında üzdüyü və yanacaq doldurma mərhələsində İran hərbçilərinin nəzarətinə keçdiyi bildirilir.
Tanker İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat zonasına daxil olan kimi ələ keçirilib.
Qeyd olunur ki, əməliyyat məhkəmənin icazəsi ilə baş tutub.
Agentliyin məlumatına görə, gəminin göyərtəsində 14 ekipaj üzvü olub. Onların hamısı tutularaq ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.
Jurnalistlər qeyd ediblər ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin vəzifələrindən biri Fars körfəzində yanacaq qaçaqmalçılığı ilə mübarizədir.
Bir gün əvvəl Yəmən sahillərində "Marlin Luanda" adlı tanker hücuma məruz qalıb. Yəmənin Ənsar Allah (Husi) radikal hərəkatının nümayəndələri hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar hazırlamaqda ittiham edib.
Müəllif:Afət
20:40 / 28 Noyabr 2026
1
20:24 / 28 Noyabr 2026
68
20:16 / 28 Noyabr 2026
86
20:04 / 28 Noyabr 2026
82
19:43 / 28 Noyabr 2026
92
19:36 / 28 Noyabr 2026
93
19:20 / 28 Noyabr 2026
94
19:08 / 28 Noyabr 2026
105
18:59 / 28 Noyabr 2026
118
18:48 / 28 Noyabr 2026
105
18:35 / 28 Noyabr 2026
107
18:30 / 28 Noyabr 2026
109
18:16 / 28 Noyabr 2026
132
17:43 / 28 Noyabr 2026
124
16:40 / 28 Noyabr 2026
171
16:35 / 28 Noyabr 2026
143
16:07 / 28 Noyabr 2026
144
15:49 / 28 Noyabr 2026
623
15:41 / 28 Noyabr 2026
236
15:07 / 28 Noyabr 2026
247
14:55 / 28 Noyabr 2026
181
14:38 / 28 Noyabr 2026
336
14:09 / 28 Noyabr 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.