Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
431
19.12.2023, 00:41
Sosial şəbəkələrdə Bakıda daşınmaz əmlak ticarəti ilə məşğul olanların reklam etdikləri fərdi yaşayış evlərinin çoxunu məhz belə adlandırmaq olar. Ekspertlər deyirlər ki, daha çox makler evləri kimi tanınan bu evlərin sənədləşdirilməsi mümkün olmayacaq, çünki belə evlər ərazinin tikinti sıxlığı əmsalı qaydalarına zidd inşa edilir. Bir çox hallarda vətəndaşlar da çox kiçik sahədə evləri inşa edirlər.
RegionXəbərləricom.az xəbər verir ki, bu barədə ATV-yə danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşlar kiçik torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evləri inşa edirlər və sonra onun sənədləşmə prosesində problem yaşanır. O problemlər onunla bağlı olur ki, qonşu evlərlə məsafə saxlanılmır və həyətyanı sahəsi olmur.
Ekspert deyir ki, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiqlənib. Qaydalara görə, tikintinin həcmi və ölçülərinə müəyyən məhdudiyyət qoyulur.
Qaydalara əməl etməyən şəxslər sənədləşmədə də çətinlik çəkəcəklər: torpaq sahəsini alsalar da, çıxarış əldə edə bilməyəcəklər. Qaydalara görə, torpaq sahəsinin 40 faizi qədər tikinti altı sahəyə icazə verilir. Tikintinin ümumi sahəsi isə torpağın 60 faizindən çox ola bilməz. Məsələn 2 sot, və ya 200 kv.m torpaqda neçə kv.m ev tikmək olar?
“200 kv.m torpaq sahəsində 80 kvadratdan artıq tikinti altı sahə götürə bilmərik. Ümümi sahəsi isə, 200 kv.m torpaq sahəsinin 60 faizi 120 kv.m edir. 2 mərtəbə tikə bilərik və onun mərtəbələrinin də ümumi sahəsi 60 kvadratdan artıq olmamalıdır”, – deyə Nüsrət İbrahimov qaydaları izah edib.
Ekspert onu da qeyd edir ki, kiçik torpaqda tikilən həyət evlərini sığortalamaq da imkansızdır, çünki sığorta şirkətləri tikinti normalarına cavab verməyən evləri sığortalamır. Buna səbəb isə tikinti zamanı qonşu evlərlə ara məsafəsinin saxlanılmamasıdır. Onun sözlərinə görə, əgər bir evdə yanğın baş verərsə, digər evlərə də keçə bilər. Bu baxımdan belə evləri sığortalamaq şirkətlər sərfəli deyil.
10:25 / 29 Noyabr 2026
40
10:24 / 29 Noyabr 2026
37
10:00 / 29 Noyabr 2026
144
09:58 / 29 Noyabr 2026
78
09:54 / 29 Noyabr 2026
74
09:15 / 29 Noyabr 2026
111
01:31 / 29 Noyabr 2026
213
01:22 / 29 Noyabr 2026
206
00:11 / 29 Noyabr 2026
274
23:56 / 28 Noyabr 2026
556
23:47 / 28 Noyabr 2026
219
23:36 / 28 Noyabr 2026
872
23:13 / 28 Noyabr 2026
235
22:57 / 28 Noyabr 2026
240
22:29 / 28 Noyabr 2026
251
22:11 / 28 Noyabr 2026
242
22:01 / 28 Noyabr 2026
222
21:50 / 28 Noyabr 2026
244
21:34 / 28 Noyabr 2026
224
21:22 / 28 Noyabr 2026
255
20:57 / 28 Noyabr 2026
330
20:40 / 28 Noyabr 2026
247
20:24 / 28 Noyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.