Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid ailələrinin təqaüdü sabahdan artır

2019-01/1548935195_pensiyaci-620x330.jpg

CƏMİYYƏT

1397

31.01.2019, 15:47

\"\"  “12 mindən çox şəhid ailəsinə verilən təqaüdlər 58 manat artırılıb”.
Oxu24.com  xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinqdə deyib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq fevralın 1-dən 300 manat müəyyən edilib: “Sözügedən fərman 12 mindən çox şəhid ailəsini əhatə edəcək. Təqaüdlər plastik kartlar vasitəsilə ödəniləcək. Bundan başqa, artıq 3100 şəhidin vərəsəsinə birdəfəlik müavinətlər ödənilib. Birdəfəlik ödəmənin əhatə dairəsi artırılaraq 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polis vərəsəsinə də şamil edilib”.