Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda siqaret bahalaşacaq

2018-11/1542119518_siqar.jpg

CƏMİYYƏT

835

13.11.2018, 18:34

\"\" 2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.
Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir. Oxu24.com-un məlumatına görə, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır. 2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır.