Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR
03 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1600
16.12.2025, 15:46
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan 40 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər.
Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması Nazirliyin Tibb baş idarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.
Ərizələri tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, hərbi biletin əsli və surəti, tərcümeyi-hal və təhsil haqqında dövlət sənədinin əsli) birlikdə Mühafizə alayının Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn ünvanında yerləşən inzibati binasında müsabiqə komissiyasına təqdim etmək mümkündür.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlamaların nəticələrinə əsasən hərbi xidmətə qəbulu mümkün bilinən namizədlərlə müsahibə keçiriləcək və uğur qazanmış namizədlərin təyinat məsələsinə baxılacaqdır.
Maraqlanan şəxslər müsabiqənin keçirilməsi ilə bağlı (012) 514-90-06, (012) 514-90-24 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.