Edam olunan kürdəxanılı inqilabçının HƏYATI
15 Dekabr 2025, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
103
16.12.2025, 17:35
İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər.
Oxu24.com Valyuta.az-a istinadən xəbər verir ki, “New York Post” nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir.
Bildirilir ki, proqram hələ 2023-cü ildə işə salınıb. Həmin vaxt tərk edilmiş evlərdən birini alıb orada yaşamaq istəyənlərə 20 min avroya qədər (təxminən 23,4 min dollar) yardım, eləcə də isitmə və nəqliyyat xərcləri üçün əlavə 6 min avro (təxminən 7 min dollar) təklif olunurdu.
İndi isə şəhər bu təşəbbüsü genişləndirərək yalnız alıcılara deyil, həm də kirayəçilərə dəstək verməyə başlayıb. 2026-cı ilin əvvəlinə qədər şəhərə köçən yeni sakinlər üçün ilk iki il ərzində kirayə haqqının yarısı kompensasiya ediləcək.
Şəhərin meri Françesko Quarqualini bildirib ki, bu il mənzil alışı və kirayəsi üçün dəstək, eləcə də tələbələrə, ictimai nəqliyyat sərnişinlərinə və “yaşıl” enerji istehlakçılarına maliyyə yardımı kimi digər təşəbbüslər üçün 400 min avrodan çox vəsait ayrılıb.
Bir vaxtlar Radikondolidə təxminən 3 min nəfər yaşayırdı. Hazırda isə əhalinin sayı cəmi 966 nəfərdir. 450 evdən təxminən 100-ü boş vəziyyətdədir.
Həmçinin oxuyun
Bununla belə, vacib bir şərt mövcuddur: mənzil alanlar şəhərdə ən azı 10 il yaşamağı, kirayəçilər isə ən azı 4 il qalmağı öhdələrinə götürməlidirlər.
Təklif olunan yaşayış yerlərinə tarixi mərkəzdə bir və ya iki yataq otaqlı kiçik mənzillər, eləcə də üzüm bağları və zeytunluqlar arasında yerləşən geniş Toskana fermer evləri daxildir. Kiçik obyektlərin qiyməti 50 min avrodan başlayır və 100 min avroya qədər yüksəlir. Evlərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir, lakin bəziləri təmir tələb edir. Subsidiyalar sayəsində isə adətən aylıq 400 avroya başa gələn kirayə mənzili 200 avroya tutmaq mümkündür.
Bələdiyyədə qeyd ediblər ki, proqramın başlanmasından sonra əhalinin sayı 900 nəfərdən 960 nəfərə yüksəlib. Hakimiyyət bunu ailələrin dəstəklənməsi, xidmətlərin inkişafı və xüsusilə gənclərin cəlb olunmasına yönəlmiş siyasətin nəticəsi kimi qiymətləndirir.
2024-cü ildə İtaliyanın Toskana regionunun hakimiyyəti insanların ora köçüb yaşaması üçün ödəniş nəzərdə tutan proqram başladıb. Həmin vaxt yaradılan fond vasitəsilə insanlara 10 min avrodan 30 min avroya qədər qrant verilməsi planlaşdırılırdı ki, onlar Toskana bölgəsində yerləşən kənd evinə köçsün və həmin evi təmir etsinlər. Qrant Toskana bölgəsində əhalisi 5 mindən az olan 76 şəhərcikdən birində yerləşən evin təmir xərclərinin 50 faizini qarşılamalı idi.
20:13 / 16 Dekabr 2025
262
20:07 / 16 Dekabr 2025
115
20:05 / 16 Dekabr 2025
85
19:58 / 16 Dekabr 2025
70
19:53 / 16 Dekabr 2025
48
18:06 / 16 Dekabr 2025
708
17:55 / 16 Dekabr 2025
71
17:51 / 16 Dekabr 2025
81
17:39 / 16 Dekabr 2025
2481
17:26 / 16 Dekabr 2025
74
17:23 / 16 Dekabr 2025
85
16:39 / 16 Dekabr 2025
88
16:00 / 16 Dekabr 2025
138
15:56 / 16 Dekabr 2025
104
15:54 / 16 Dekabr 2025
105
15:49 / 16 Dekabr 2025
78
15:46 / 16 Dekabr 2025
158
15:13 / 16 Dekabr 2025
1630
15:06 / 16 Dekabr 2025
110
14:59 / 16 Dekabr 2025
288
14:29 / 16 Dekabr 2025
1072
14:26 / 16 Dekabr 2025
134
14:21 / 16 Dekabr 2025
146
14:13 / 16 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.