Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
900
16.12.2025, 20:07
Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, “Qarabağ” ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.
Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.
Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.
“Onlar 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatları haqqında ingilis dilində kitab yazıblar. Kitab hərbi kolleclər və ingilisdilli Qərb akademiyaları üçün nəzərdə tutulub. Artıq bir neçə aydır ki, kitab üzərində iş gedir. Bu müddət ərzində 5-6 dəfə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu səfər isə sonuncu idi”, – deyə görüşdə iştirak edən azərbaycanlı hərbi jurnalist Heydər Mirzə “Yeni Sabah”a bildirib.
Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.
02:40 / 18 May 2026
14
02:18 / 18 May 2026
61
02:05 / 18 May 2026
90
01:43 / 18 May 2026
85
01:36 / 18 May 2026
179
01:33 / 18 May 2026
47
01:19 / 18 May 2026
109
01:17 / 18 May 2026
51
01:14 / 18 May 2026
51
19:32 / 17 May 2026
101
19:27 / 17 May 2026
128
19:12 / 17 May 2026
1926
19:02 / 17 May 2026
96
19:00 / 17 May 2026
96
18:43 / 17 May 2026
512
18:41 / 17 May 2026
93
18:39 / 17 May 2026
91
18:37 / 17 May 2026
93
18:35 / 17 May 2026
112
17:32 / 17 May 2026
232
17:28 / 17 May 2026
99
17:27 / 17 May 2026
98
17:25 / 17 May 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.