SON DƏQİQƏ! Dağda itkin düşdü
18 May 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
636
16.12.2025, 17:55
İstefada olan polkovnik Üzeyir Cəfərov “Kontakt” mağazalar şəbəkəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib.
Üzeyir Cəfərov Musavat.com-a deyib ki, iddiası istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə bağlıdır.
İddia üzrə məhkəmə prosesi dekabrın 19-da, saat 11:20-də Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində hakim Səidə Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Polkovnik bu işi sıradan bir mübahisə yox, sistemli fırıldaqçılığın ifşası kimi dəyərləndirir:
“Bu mağazalar şəbəkəsi insanların cibinə oğru kimi girir. Halal pullar müxtəlif sxemlərlə mənimsənilir. Hesab edirəm ki, artıq susmaq yox, açıq mübarizə vaxtıdır”.
Üzeyir Cəfərovun əsas ittihamlarından biri də nəzarət orqanlarının biganəliyinə yönəlib. O, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanladığı rəsmi müraciətlərin cavabsız qalmasını ciddi suallar doğuran məqam kimi qabardır:
“Məhz bu laqeydlik ucbatından bəzi banklar və mağazalar özlərini toxunulmaz hesab edir. Qanun işləməyəndə özbaşınalıq başlayır”.
Polkovnik açıq şəkildə bəyan edir ki, məhkəmədən sonra bu məsələdə susan və hərəkətsiz qalan məmurların fəaliyyəti ilə bağlı dövlət rəhbərliyinə də məlumat verəcək.
Üzeyir Cəfərov xatırladır ki, bu onun ilk hüquqi mübarizəsi deyil. 2007-ci ildə həyatına sui-qəsdlə bağlı ölkə daxilində nəticə əldə edə bilməsə də, illərlə davam edən mübarizədən sonra Avropa İnsan Hüquqları Məhkəməsində qalib gəlib:
“17 ölkənin hakimlərinin iştirakı ilə çıxarılan qərar sübut etdi ki, haqsızlıq nə qədər gizlənsə də, gec-tez ifşa olunur”.
Həmin qərarla Azərbaycan hökuməti tərəfindən ona maddi kompensasiya ödənildiyini, cinayət işində adı keçən şəxslərin məsuliyyətə cəlb edildiyini də xatırladır. Bu faktı misal gətirən polkovnik bildirir ki, “Kontakt” işi də lazım gələrsə, Avropa Məhkəməsinə qədər aparılacaq.
Üzeyir Cəfərov dekabrın 19-da keçiriləcək prosesə yalnız jurnalistləri yox, “Kontakt” mağazalar şəbəkəsindən zərər çəkmiş bütün vətəndaşları dəvət edir:
“Bu iş təkcə mənim deyil. Kim maddi və mənəvi zərər görüb, gəlsin, şahid kimi danışsın. Bir yerdə haqqımızı müdafiə edək”.
Onun fikrincə, cəzasız qalacaqlarını düşünən “oğru və fırıldaqçı şəbəkələr” yalnız ictimai təzyiq və hüquqi mübarizə ilə durdurula bilər. Polkovnik mübarizənin yarımçıq qalmayacağını da diqqətə çatdırır:
“Haram pullarla banklar, şirkətlər quranlar elə bilməsin ki, bu xalq susacaq. Susmaq cinayətlərə şərik olmaqdır”.
02:40 / 18 May 2026
14
02:18 / 18 May 2026
61
02:05 / 18 May 2026
90
01:43 / 18 May 2026
85
01:36 / 18 May 2026
179
01:33 / 18 May 2026
47
01:19 / 18 May 2026
109
01:17 / 18 May 2026
51
01:14 / 18 May 2026
51
19:32 / 17 May 2026
101
19:27 / 17 May 2026
128
19:12 / 17 May 2026
1926
19:02 / 17 May 2026
96
19:00 / 17 May 2026
96
18:43 / 17 May 2026
512
18:41 / 17 May 2026
93
18:39 / 17 May 2026
91
18:37 / 17 May 2026
93
18:35 / 17 May 2026
112
17:32 / 17 May 2026
232
17:28 / 17 May 2026
99
17:27 / 17 May 2026
98
17:25 / 17 May 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.