Qaynar xətt:

(+99450) 247 90 86

Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

2018-10/1540121602_fenomen.jpg

CƏMİYYƏT

882

21.10.2018, 17:07

\"\" Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, sabah, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.