Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərin qış tətilinin vaxtı açıqlandı

2020/01/16/1579186351_71333147_615692615503686_1821663039468863488_n-1.jpg

CƏMİYYƏT

762

16.01.2020, 18:46

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. 

Təhsil Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. 

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.