Qonşu ölkədə toy kortejində qəza - AZƏRBAYCANLILAR ÖLDÜ
28 Yanvar 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
874
22.12.2019, 19:20
Xəbər verdiyimiz kimi, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli sosial şəbəkə hesabında “status” yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur. Oxu24.com xəbər verir ki, tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. Bu müzakirələrdən sonra Anar Nəsəfli yazdığı “statusu” sosial şəbəkə hesabından silib. Aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub. İddia olunur ki, aparıcının məlum “statusu” silməsi nəvəsini sinifə cangüdənlə göndərən məmurun təzyiqi nəticəsində olub. Məsələ ilə bağlı açıqlma verən Anar Nəcəfli bildirdi ki, həmin “statusu” özü silib və buna görə heç kim ona təzyiq etməyib. Anar Nəcəflinin sosial şəbəkə hesabından silinən həmin “statusu” olduğu kimi təqdim edirik: “Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!”
Həmçinin oxuyun
22:47 / 28 Yanvar 2026
8
22:39 / 28 Yanvar 2026
11
22:27 / 28 Yanvar 2026
36
22:22 / 28 Yanvar 2026
30
22:19 / 28 Yanvar 2026
48
22:16 / 28 Yanvar 2026
26
22:10 / 28 Yanvar 2026
78
22:10 / 28 Yanvar 2026
41
22:00 / 28 Yanvar 2026
32
21:56 / 28 Yanvar 2026
32
21:50 / 28 Yanvar 2026
47
21:31 / 28 Yanvar 2026
81
21:19 / 28 Yanvar 2026
62
21:00 / 28 Yanvar 2026
86
20:59 / 28 Yanvar 2026
840
20:53 / 28 Yanvar 2026
78
20:43 / 28 Yanvar 2026
125
20:28 / 28 Yanvar 2026
99
20:20 / 28 Yanvar 2026
92
20:14 / 28 Yanvar 2026
87
20:07 / 28 Yanvar 2026
75
19:49 / 28 Yanvar 2026
237
19:36 / 28 Yanvar 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.