Bu markalı benzin bahalaşa bilər
28 Yanvar 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
17.12.2019, 21:26
Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.
Oxu24.com modern.az-a istinadən xəbər verir ki, ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun tezliyi keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.
Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədovla əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında iddiaları təkzib etdi:
Həmçinin oxuyun
“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.
ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqqında iddialar əsassızdır. Hazırda televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən, "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.
01:58 / 28 Yanvar 2026
67
01:01 / 28 Yanvar 2026
74
00:26 / 28 Yanvar 2026
99
00:16 / 28 Yanvar 2026
92
23:50 / 27 Yanvar 2026
962
23:49 / 27 Yanvar 2026
162
23:34 / 27 Yanvar 2026
283
23:19 / 27 Yanvar 2026
93
23:05 / 27 Yanvar 2026
238
23:00 / 27 Yanvar 2026
122
23:00 / 27 Yanvar 2026
163
22:35 / 27 Yanvar 2026
86
22:30 / 27 Yanvar 2026
155
22:15 / 27 Yanvar 2026
186
22:08 / 27 Yanvar 2026
801
21:54 / 27 Yanvar 2026
136
21:48 / 27 Yanvar 2026
85
21:30 / 27 Yanvar 2026
160
21:18 / 27 Yanvar 2026
2808
21:10 / 27 Yanvar 2026
141
20:57 / 27 Yanvar 2026
100
20:49 / 27 Yanvar 2026
162
20:48 / 27 Yanvar 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.