Bu markalı benzin bahalaşa bilər
28 Yanvar 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
16.12.2019, 18:31
"Piyada vurulmalarının 97-98 faizində özləri günahkardır”.
Oxu24.com-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib. O bildirib ki, yol polislərinin sayına görə ölkənin hər yerindəki yollardan məlumat ala bilməzlər:
"Biz respublikanın hər yerində post patrul xidməti qura bilmərik. Buna görə də bu problemləri vətəndaşların köməyi ilə həll etməliyik. Hər hansı piyada yol hərəkəti qaydasını pozubsa, sürücü onu vurubsa, bu o demək deyil ki, biz sürücüyə heç nə etməməliyik. Belə olarsa, cəzasızlıq mühiti yaranar, nə qədər belə hadisələr olar. Buna istintaq zamanı ekspertlər qiymət verir. Amma biz piyadaları maarifləndirməliyik ki, onlar yollardan keçərkən diqqəlti olsunlar. Piyada vurulması ümumi hadisələrin 65-70 faizini təşkil edir. Piyada vurulmalarının 97-98 faizində piyadalar günahkardır. Piyadalar bəzən piyada keçidinin altında vurulur. Yol hərəkətinin təhlükəsizliyi təkcə yaxşı sürücü və yaxşı piyadadan asılı deyil. Lazımı qədər şərait yaradılmalıdır, yeni piyada keçidləri salınmalıdır. Xarici ölkələrdə qəzalarla bizim ölkəmizdə baş verən qəzaların sayı eynidir, amma onlara ölüm sayı bizdən dəfələrlə azdır. Çünki orada avtomobillərin özlərinin təhlükəsizlik sistemi daha üstündür. Biz də çalışmalıyıq ki, qəzaların ağırlıq dərəcəsini azaldaq”.
Həmçinin oxuyun
R.Zeynalov qeyd edib ki, artıq yollarda o qədər avtomobillər var ki, nəqliyyat vasitələri arasında məsafə demək olar ki, yoxdur:
"Bəzi sürücülər sükan arxasında mesaj yazır, telefonla danışır, hətta problemlərini sükan arxasında yada salırlar. Bəzilərinin evdə münaqişəsi olur, fikirləşir ki, gedim bir az maşın sürüm fikrim dağılsın. Bunlar olmaz. Sükan arxasında oturan insan vəzifə başında olduğunu bilməlidir. Sürücülük həm də peşədir. Dünən axşam 70 yaşlı taksi sürücüsü tuneldə sükan arxasında həyatını itirdi, bu hadisə maşın yüksək sürətlə hərəkət edərkən baş versəydi, görün nələr olardı. İnsanlar sükan arxasında öz durumuna, sağlamlığına diqqət yetirməlidirlər.
Bizdə ilkin sürücülük vəsiqəsi alanda, bir də 60 yaşında sürücülüyə namizədlər tibbi müayinədən keçiririr. Bu, olduqca azdır. Bu nüanslarla bağlı qanunvericiliyə dəyişikliklər təklif edəcəyik”.
01:01 / 28 Yanvar 2026
37
00:26 / 28 Yanvar 2026
50
00:16 / 28 Yanvar 2026
47
23:50 / 27 Yanvar 2026
371
23:49 / 27 Yanvar 2026
128
23:34 / 27 Yanvar 2026
176
23:19 / 27 Yanvar 2026
65
23:05 / 27 Yanvar 2026
151
23:00 / 27 Yanvar 2026
98
23:00 / 27 Yanvar 2026
130
22:35 / 27 Yanvar 2026
56
22:30 / 27 Yanvar 2026
122
22:15 / 27 Yanvar 2026
166
22:08 / 27 Yanvar 2026
639
21:54 / 27 Yanvar 2026
108
21:48 / 27 Yanvar 2026
68
21:30 / 27 Yanvar 2026
139
21:18 / 27 Yanvar 2026
2616
21:10 / 27 Yanvar 2026
120
20:57 / 27 Yanvar 2026
81
20:49 / 27 Yanvar 2026
142
20:48 / 27 Yanvar 2026
97
20:44 / 27 Yanvar 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.