Qaynar xətt:

(+99450) 247 90 86

Metroda sıxlıq, sərnişinlərin çıxışında problem yarandı

2019-11/1574186927_1574185009_75204449_754236145093427_7864540037617025024_n.jpg

CƏMİYYƏT

862

19.11.2019, 22:09

\"\" Koroğlu stansiyasında axşam saaatlarında sıxlıq olub. Platformada müşahidə edilən sıxlıq insanları narahat edib.  
Oxu24.com xəbər verir ki, \"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.   O bildirib ki, mövcud sıxlıq axşam saat 7-8 radələrində müşahidə edilib:  
\"Xüsusi sərnişin sıxlığı \"Koroğlu” stansiyasının \"Alov” parkına tərəf olan çıxışında olub. Stansiyadan çıxış qapıları açıq olub. Bu vəziyyət yalnız platformada və pilləkənlərdə 5 dəqiqə müddətində davam edib. Platfotmanının uzunluğu təxminən 100 metrdən bir qədər artıqdır və 1 dəqiqə ərzində platformanı tərk etmək mümkündür. Xüsusilə pik saatlarda sərnişinlər bu məqamı nəzərə alaraq metrodan istəfadə qaydalarına bir qədər riayət etsələr, bu kimi sıxlıqların qarşısı alınar”.