Milli Məclis yeni Qanun qəbul etdi
24 Noyabr 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
54
24.11.2026, 12:04
Müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində önəmli rolunu davam etdirir.
2009-cu ildə imzalanan ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Əbu-Dabinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Sazişin əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiqlənir, investorların hüquqları və müqavilə sabitliyi qorunur.
Əsas məqsəd neft-qaz siyasəti hasilatla bərabər, dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməyə yönəlib. 2023-cü ildə “Abşeron”da başlanan ilkin hasilatın illik gücü 1,5 milyard kubmetrdir. Tammiqyaslı işlənmədən sonra əvgvəlki göstəricinin 6 milyard kubmetrə çatdırılması və yeni mərhələnin 2029-cu ildə işə salınması nəzərdə tutulur.
Hesab edirik ki, yeni saziş maliyyə gəlirlərinin artırılmasına, daxili qaz təminatına və beynəlxalq enerji əməkdaşlığımızın genişlənməsinə xidmət edəcək.
Lakin mühüm beynəlxalq müqaviləni yüksək qiymətləndirərkən bütövlükdə Xəzərin gələcəyi və bioresurslarının qorunması məsələsinə də Parlamentdə münasibət bildirməyi vacib sayırıq.
Noyabrın 16-da Prezident İlham Əliyevin Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərman Vətənimizin bütövlüyü qədər strateji əhəmiyyətə malikdir. Mühüm sənədə həsr olunan brifinq göstərdi ki, dənizin səviyyəsinin azalmasına ali dövlət diqqəti var.
Azərbaycanın müstəqillikdən sonra ən böyük iqtisadi nailiyyəti Xəzərin sərvətləri üzərində azad və suveren qərar verməsi oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» qapalı su hövzəsini böyük geosiyasi qarşıdurma meydanına çevirmək istəyən, dənizdə ikinci Qarabağ münaqişəsi yaratmağa çalışan və neft sərvətlərini ələ keçirməyə cəhd göstərən qüvvələrin planlarını iflasa uğratdı. Sonrakı illərdə neft-qaz layihələrindən əldə olunan gəlirlər Vətən müharibəsində Qələbəmizdə müstəsna rol oynadı.
İndi tükənməz sərvətlərin yerləşdiyi dənizin özünü qorumağa ehtiyac var. Coğrafiya İnstitutunun məlumatına görə Astaradan Göyşabana qədər geriləmə 40–50 metrdən 200–300 metrə qədər dəyişib, ən güclü çəkilmə isə Qızılağac körfəzində ildə orta hesabla 250–300 metr təşkil edib.
Prezident İlham Əliyev Xəzər Ekoloji Sammitində dənizin su səthinin 20 min kvadrat kilometrdən çox azaldığını, təkcə Azərbaycan sektorunda 300 kvadrat kilometrə yaxın yeni quru sahə yarandığını bəyan edib.
Dənizin suyunun çəkilməsi nəticəsində yeni sahələrin hüquqi statusunun, rəqəmsal xəritələşdirmənin və dövlət nəzarətinin vahid qaydada tənzimlənməsi gərəkdir. Limanlarda suyun dərinliyi azalır, gəmiçilik çətinləşir; sahillərdə antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirləri görülməlidir.
Biz Abşeron və digər sahilboyu ərazilərdə illərlə yığılan torpaq problemlərini yaxşı bilirik. Dəniz getdikcə çəkilirsə, yaranan yeni ərazilərin ələ keçirilməsi gələcək nəsillərin sərvətlərinin şəxsi maraqlara qurban verilməsi demək olardı. Əvvəlcə yeni sahələrin ekoloji təhlükəsizliyi müəyyənləşdirilməli və sonra istifadəsinə qərar verilməlidir.
Dənizin səviyyəsinin azalmasında təbii proseslərin və sahilyanı dövlətlərin fəaliyyətinin rolu da birgə araşdırılmalıdır. Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına və təbii mühitinin tədricən məhv olmasına da yol verməməliyik.
Azərbaycan dövləti otuz il ərzində torpaqlarımızın azad edilməsi üçün siyasi, hərbi və iqtisadi qüdrətini səfərbər etdi. Eyni dövlətçilik iradəsi indi Xəzərin də qorunmasında özünü göstərəcəkdir.
Əlbəttə, Xəzərin suyunun azalması ilə torpaqlarımızın qəsb edilməsi eyniləşdirilmir. Lakin dövlətin öz torpağına, təbii sərvətlərinə və gələcək nəsillərin hüquqlarına sahib çıxması müqəddəs vəzifədir.
Xəzər neft və mavi yanacaq hasilatı ilə bərabər, dövlətimizin iqtisadi müstəqilliyinə və milli təhlükəsizliyinə də töhfə verir.
Qarabağda torpaqlarımızın bütövlüyünü bərpa etdiyimiz kimi Xəzərdə də təbiətimizi və milli sərvətlərimizi qorumalıyıq!
Çünkü Xəzərin milli bölməsi Vətənimizin ayrılmaz parçasıdır!
Milli Məclisin deputatı Zahid Oruc
12:16 / 24 Noyabr 2026
11
12:14 / 24 Noyabr 2026
26
11:56 / 24 Noyabr 2026
53
11:54 / 24 Noyabr 2026
73
11:46 / 24 Noyabr 2026
60
11:40 / 24 Noyabr 2026
82
11:36 / 24 Noyabr 2026
81
11:32 / 24 Noyabr 2026
186
11:30 / 24 Noyabr 2026
81
11:29 / 24 Noyabr 2026
89
11:20 / 24 Noyabr 2026
87
11:20 / 24 Noyabr 2026
108
11:10 / 24 Noyabr 2026
101
11:05 / 24 Noyabr 2026
94
11:00 / 24 Noyabr 2026
101
10:49 / 24 Noyabr 2026
116
10:40 / 24 Noyabr 2026
105
10:33 / 24 Noyabr 2026
130
10:23 / 24 Noyabr 2026
101
10:20 / 24 Noyabr 2026
102
10:10 / 24 Noyabr 2026
111
10:04 / 24 Noyabr 2026
301
10:00 / 24 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.