Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda həbs edilən şəxsi Azərbaycanla nə bağlayır?

Gürcüstanda həbs edilən şəxsi Azərbaycanla nə bağlayır?

CƏMİYYƏT

31

24.11.2026, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın Marneuli rayonunda külli miqdarda pulu dələduzluq yolu ilə əldə etməkdə ittiham olunan şəxs saxlanılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəllər məhkum olunmuş həmin şəxs Marneuli bələdiyyəsinin bir sakininə nüfuzlu əlaqələrindən istifadə edərək onun övladının Azərbaycandakı həbsxanadan azad edilməsinə nail olacağını vəd edib. O, bunun müqabilində həmin şəxsdən 11 000 lari (4 242 ABŞ dolları) tələb edib.

Saxlanılan şəxs tələb olunan məbləği həmin vətəndaşdan alıb və dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı istintaq aparılır. Təqsirləndirilən şəxsi 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.