Qaynar xətt:

(+99450) 247 90 86

İran TRİPP-ə qarşı bəyanat verdi 

İran TRİPP-ə qarşı bəyanat verdi 

DÜNYA

65

24.11.2026, 09:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İran Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafını və nəqliyyat marşrutlarının blokadadan çıxarılmasını dəstəkləyir, lakin regionda geosiyasi balansın dəyişdirilməsinə və sərhədləri yaxınlığında xarici hərbi və ya güc strukturlarının mövcudluğuna qarşıdır".

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Bəqayi TRIPP layihəsinin işə salınmasını şərh edərkən bildirib.

Bəqayinin sözlərinə görə, Tehran İrəvanın verdiyi zəmanətlərlə kifayətlənmək niyyətində deyil və vəziyyətin inkişafını diqqətlə izləyəcək. O vurğulayıb ki, İranın sərhədinin yaxınlığında hər hansı xarici hərbi və ya güc strukturlarının mövcudluğu qəbuledilməzdir.

Bununla yanaşı, XİN sözçüsü qeyd edib ki, Ermənistan İrana zəruri zəmanətləri verib və iki ölkə arasındakı münasibətlər uzunillik etimada əsaslanır.